Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BSTDB Azərbaycana ayırdığı vəsaiti 701,6 milyon avroya çatdırıb - BBN

BSTDB Azərbaycana ayırdığı vəsaiti 701,6 milyon avroya çatdırıb

İndiyədək Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Azərbaycana ayırdığı vəsaitlərin həcmini artıraraq 701,614 milyon avroya çatdırıb.

Bu göstərici əvvəlki dövrlə müqayisədə 93,579 milyon avro və ya 15,4 % artım deməkdir.

Hesabata əsasən, ayrılan vəsaitlər ümumilikdə 42 əməliyyat üzrə reallaşdırılıb.

Hazırda BSTDB-nin Azərbaycanda Direktorlar Şurası tərəfindən təsdiqlənmiş 44 layihəsinin ümumi dəyəri 442,173 milyon avro təşkil edir. İmzalanmış sazişlərin həcmi isə 46 layihə üzrə 439,58 milyon avroya çatır. Bu göstəricilər əvvəlki dövrlə müqayisədə müvafiq olaraq 11,379 milyon avro (2,6 %) və 71,043 milyon avro (19,3 %) artım göstərib.

Bankın Azərbaycan üzrə portfelində əsas pay maliyyə institutlarının üzərinə düşür – 49,37 %. Sonrakı yerlərdə enerji sektoru (35,88 %), daşınmaz əmlak (7,04 %), istehlak yönümlü sektor (3,99 %) və istehlak malları sektoru (3,72 %) qərarlaşıb.

Related posts

ABİF əməkdaşlar və avtomobillər üçün sığorta üzrə tenderlər elan edib

Nazirlər Kabineti fərdi istilik sistemlərinə icazə verilən halları müəyyənləşdirib

Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı