Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ büdcə kəsiri ötən ay verilən proqnozları üstələyib - BBN

ABŞ büdcə kəsiri ötən ay verilən proqnozları üstələyib

ABŞ-da federal hökumətin büdcə kəsiri ötən ay 380 milyard dollarla proqnozları üstələyib.

BBN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi avqust ayı üzrə büdcə balansı hesabatını dərc edib.

Hesabata görə, 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024 maliyyə ilinin avqust ayında federal hökumətin büdcə kəsiri 380 milyard dollar olaraq hesablanıb.

Ötən ilin eyni ayında federal hökumətin büdcə kəsiri 89 milyard dollar olub. Beləliklə, büdcə balansı ötən ilin eyni ayı ilə müqayisədə 469 milyard dollar azalıb.

Bu dövrdə büdcə balansı ilə bağlı bazar proqnozu büdcənin 286 milyard dollar kəsir verəcəyi istiqamətində idi.

Related posts

Yaponiyada “Maaş İnqilabı”? 34 ildən sonra tarixi rekord!

Neft bazarında “Hizbullah” şoku: Sülh ümidləri puç oldu, qiymətlər yenidən yüksəlir!

Qızıl bazarında “Fırtına” öncəsi sakitlik: İran gərginliyi və ABŞ-ın mühüm hesabatı investorları təşvişə saldı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı