Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ-da büdcə kəsiri azaldı, gömrük rüsumlarından gəlirlər rekord həddə çatdı - BBN

ABŞ-da büdcə kəsiri azaldı, gömrük rüsumlarından gəlirlər rekord həddə çatdı

ABŞ federal hökumətinin büdcə kəsiri 2025-ci maliyyə ilində ötən illə müqayisədə 2% azalaraq 1,775 trilyon dollar təşkil edib. Kəsirin azalmasına əsas səbəblərdən biri gömrük rüsumlarından əldə edilən rekord gəlirlər olub.

BBN.az xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi sentyabr ayına və 2025-ci maliyyə ilinə dair büdcə balansı hesabatını açıqlayıb.

Hesabata əsasən, 1 oktyabr 2024-cü ildə başlayan və 30 sentyabr 2025-ci ildə başa çatan maliyyə ilinin son ayında federal hökumət 198 milyard dollar büdcə profisiti əldə edib. Müqayisə üçün, ötən ilin eyni ayında bu göstərici 80 milyard dollar idi.

Sentyabr ayında hökumətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 544 milyard dollara, xərcləri isə 23% azalaraq 346 milyard dollara düşüb.

Ümumilikdə 2025-ci maliyyə ilində federal hökumətin gəlirləri 6% artaraq 5,235 trilyon dollara, xərcləri isə 4% artaraq 7,01 trilyon dollara yüksəlib.

Xüsusilə gömrük rüsumlarından toplanan gəlirlər 153% artaraq 195 milyard dollara çatıb və bu, ölkə tarixində rekord göstərici olub.

Qeyd edək ki, ABŞ-da 2024-cü maliyyə ilində büdcə kəsiri 1,817 trilyon dollar səviyyəsində idi, bu isə cari il üçün 2%-lik azalma deməkdir.

Related posts

Hürmüzdə Gərginlik: ABŞ Blokadasını Yaran Çin Tankeri və “Sanksiya Sınağı”

Səudiyyə Ərəbistanından Pakistana 3 Milyard Dollarlıq Dəstək: İslamabada Nəfəslik Verən Razılaşma

BVF-dən Qlobal Xəbərdarlıq: Regional Münaqişələr Dünya İqtisadiyyatının Artım Tempini Zəiflədir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı