Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə görüş keçirilib - BBN

ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə görüş keçirilib

Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ölkəmizin energetika sahəsində irəli sürdüyü təşəbbüslər və “yaşıl” enerjiyə keçid istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Payet arasında görüş keçirilib, ölkələrimiz arasında enerji tərəfdaşlığı məsələləri müzakirə edilib, Azərbaycanın “yaşıl” enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəfləri diqqətə çatdırılıb.

Görüşdə ölkəmizin “yaşıl” enerji ölkəsinə transformasiyası (ənənəvi enerji mənbələrindən “yaşıl” enerjiyə keçid) prosesinə ABŞ-ın dəstəyi, ölkəmizin bərpa olunan enerji mənbələri üzrə potensialının reallaşdırılması və səmərəli istifadəsi, həmçinin, ətraf mühitin qorunması baxımından bərpa olunan enerji sektorunda innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Related posts

Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri

HÖRMÜZ BÖHRANI QLOBAL BAZARLARI “OD ALOV” İÇİNƏ ATDI: ENERJİ QİYMƏTLƏRİNDƏ REKORD SIÇRAYIŞ

QIZIL QİYMƏTLƏRİNDƏ “HÖRMÜZ” ŞOKU: İNFLYASİYA QORXUSU QİYMƏTLİ METALLARI VURUR

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı