Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ-ın nəhəng bankından Bitkoin proqnozu - BBN

ABŞ-ın nəhəng bankından Bitkoin proqnozu

ABŞ-da yerləşən investisiya bankı “Citigroup” Bitkoin üçün növbəti 12 ayı əhatə edən yeni qiymət proqnozlarını yayımlayıb.

BBN.az xəbər verir ki, bankın baza ssenarisinə görə, Bitkoinin qiyməti 143 min dollara qədər yüksələ bilər.

Citigroup-un təhlilində bu proqnoz əsasən Bitcoin ETF-lərinə artan vəsait axını və qlobal maliyyə bazarlarında müşahidə olunan canlanma ilə əsaslandırılır. Hesabatda 70 min dollar səviyyəsi Bitkoin üçün kritik dəstək həddi kimi göstərilir.

Bununla yanaşı, Citigroup mənfi ssenaridə qlobal iqtisadi tənəzzül riskinə diqqət çəkərək, belə bir vəziyyətdə Bitkoinin qiymətinin 78 500 dollara qədər geriləyə biləcəyini bildirib.

Optimist ssenaridə isə investor marağının və risk iştahının daha da güclənməsi fonunda Bitkoinin 189 min dollar səviyyəsinə qədər yüksəlmə ehtimalının artdığı qeyd olunur.

Related posts

Kriptovalyuta bazarında şok: “Coldcard” haker hücumu fonunda Bitkoin 63 min dolların altına düşdü! İnvestorları panikaya salan əsas səbəb nədir?

Kriptovalyuta bazarında eniş davam edir – “Bitcoin” 65 min dollara düşüb

Kriptovalyuta bazarında eniş: “Bitcoin” 65 min dollar səviyyəsinə düşdü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı