Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ iqtisadiyyatı üçüncü rübdə gözləntiləri üstələyib

ABŞ iqtisadiyyatı üçüncü rübdə gözləntiləri üstələyib

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı 2021-ci ilin üçüncü rübündə 2.3%-lik artıma nail olub. Bu isə, analitiklərin göstəriciləri və proqnozları (2.1%) ilə müqayisədə qismən çoxdur. Digər tərəfdən isə, cari ilin birinci rübündə 6.3%, ikinci rübündə isə 6.7%-lik artımın əldə edilməsi iqtisadi artımın geriləməsindən xəbər verir.

Artımda yaranan səngimənin əsas səbəbləri kimi, omikron və delta ştammının ölkədə sürətlə yayılmasının iqtisadiyyata mənfi təsirləri və Federal Rezerv Bankının (FED) ölkədə hökm sürən inflyasiyanın (6.8%) qarşısını almaq məqsədilə notlar və istiqrazların alımını azaltması göstərilib.

Maraqlısı odur ki, “Oxford Economics” analitikləri ilin son rübü üçün iqtisadi artım proqnozunu 7.3% səviyyəsində qeyd edib. Ümumilikdə, 2021-ci il üçün iqtisadi artım proqnozu 5.5% civarında ehtimal edilir. Qeyd edək ki, 2020-ci ildə ÜDM artımı -3.4% səviyyəsində olub və 22 milyon nəfər iş yerlərini itirib.

Related posts

ABŞ-ın xam neft ehtiyatları təxminən 1,9 milyon barel artıb

TƏCİLİ: Trampdan İrana sarsıdıcı xəbərdarlıq – “Sıradakı hədəf körpülər və elektrik stansiyalarıdır!”

Azərbaycandan ABŞ-yə pul köçürmələri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı