Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçirilib - BBN

“Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçirilib

Dekabrın 24-də “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsul əməkdaşları iştirak ediblər. İclasa aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Konstitusiya Araşdırmalar Fondunun, “KPMG Azerbaijan Ltd” və “Deloitte & Touche” şirkətlərinin əməkdaşları da qatılıb. 

İşçi Qrupunun yeni rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov işçi qrupunun səmərəli fəaliyyətinin indiyədək əldə edilmiş nəticələrin inkişaf etdirilməsinə və nüfuzlu reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqeyinin daha da yaxşılaşmasına öz müsbət töhfəsini verəcəyinə əminliyini vurğulayıb. 

İclasda İşçi Qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların və qərara alınmış məsələlərin icra vəziyyəti, 2021-ci il üzrə fəaliyyət planında nəzərdə tutulan tədbirlər üzrə görülmüş işlər, o cümlədən Mülki Məcəlləyə dəyişikliklər, qiymətli kağızların emissiyası prosesi ilə bağlı vahid portalın yaradılması, səhmdar cəmiyyətlərinin ümumi yığıncaqlarının distant formada təşkili ilə bağlı təlimatın hazırlanması, Qlobal İnnovasiya İndeksinin müvafiq indikatorları üzrə məsələlər müzakirə edilib. Həmçinin, iclasda 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinə, İşçi Qrupunun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı