Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ İran neftinin satışına verilən müvəqqəti güzəşti ləğv edib - BBN

ABŞ İran neftinin satışına verilən müvəqqəti güzəşti ləğv edib

ABŞ İran neftinin satışına tətbiq edilən müvəqqəti ticarət güzəştini ləğv edib.

BBN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran neft məhsullarının müəyyən şərtlər altında satışına imkan verən ümumi lisenziyanın 7 iyul tarixindən etibarən qüvvədən düşdüyünü açıqlayıb.

Məlumata görə, qərar İranın son 24 saat ərzində Hörmüz boğazında gəmilərə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq qəbul edilib.

“İran yalnız konstruktiv addımlar atdığı halda bundan faydalana bilər. Hörmüz boğazında baş verən hadisələr ABŞ üçün tamamilə qəbuledilməzdir və bunun nəticələri olacaq. Bununla yanaşı, danışıqlar aparan nümayəndələr yekun razılaşmaya nail olmaq üçün səylərini davam etdirirlər”, – deyə rəsmi bildirib.

Yeni qərara əsasən, lisenziya 7 iyuldan etibarən qüvvədən düşür. Bununla belə, əvvəllər bağlanmış müqavilələr çərçivəsində başlanmış əməliyyatların 17 iyul tarixinədək yekunlaşdırılmasına icazə veriləcək.

Related posts

Azərbaycanın Aİ-yə qaz ixracında artım var

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

TƏBİİ QAZ BAZARINDA PARADOKS: Neft bahalaşsa da, ABŞ qazı niyə ucuz qalır?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı