Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ neft platformalarının sayını azaldıb

ABŞ neft platformalarının sayını azaldıb

ABŞ koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalması ilə neft və qaz yataqlarında fəaliyyət göstərən platformalarının sayını 266-ya qədər azaldıb. Bu isə, say baxımından ABŞ tarixində 1975-ci ildən bu yana qeydə alınan ən aşağı göstəricidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə platformaların sayı 701 ədəd azalıb.

Təkcə bu həftə fəaliyyətini dayandıran 13 platformanın 10-u neft platformasıdır. Bununla da, neft platformalarının sayı 189-a geriləyib. Qeyd edək ki, mart ayının ortaları bu göstərici 683, ötən ilin may ayında isə 807 səviyyəsində olub. Ötən həftə neft platformalarının sayında ən kəskin azalma New Mexico (-28) ştatında qeydə alınıb.

Kanadada isə, ötən il ilə müqayisədə neft və qaz platformalarının sayı müvafiq olaraq 75 və 27 səviyyəsində geriləyib. Hazırda, Kanadada 5 neft və 12 qaz platforması faəliyyət göstərir.

Related posts

Trampın İran ultimatumuna iqtisadi baxış: Neft bazarlarında “sülh” gözləntisi və qlobal təzyiqlər

Sülh Ümidləri Bombalandı: ABŞ-ın İrana Yeni Zərbələri Qızıl və Neft Bazarını Alt-Üst Etdi!

İrana qarşı hərbi əməliyyat ABŞ-yə 29 milyard dollara başa gəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı