26.05.2026. AccessBank Qurban Bayramı və Müstəqillik Günü ilə əlaqədar elan olunmuş qeyri-iş günündə də müştərilərinə xidmət göstərməyə davam edəcək.
Müştərilərin maliyyə xidmətlərindən rahat və fasiləsiz istifadə edə bilməsi üçün bankın bütün filialları 29 may tarixində adi rejimdə fəaliyyət göstərəcək.
Filial şəbəkəsi və onların iş saatları ilə link vasitəsilə tanış ola bilərsiniz
Qeyd edək ki, Azərbaycanda 27–31 may tarixləri Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günləri elan olunub.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.