Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib - BBN

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiyanın 2026-ci ildə 5,7 %-dək yüksələcəyini, 2027-ci ildə isə 4,9 %-dək azalacağını proqnozlaşdırır.

 BBN.az Asiya İnkişaf Bankının “Asiyanın İnkişaf Perspektivləri” (ADO) adlı aprel icmalına istinadən xəbər verir ki, 2026-cı il üzrə proqnoz sentyabr qiymətləndirmələri ilə müqayisədə 2,2 faiz bəndi artırılıb. 2027-ci il üçün isə proqnoz açıqlanmamışdı.

“2026-cı ilin yanvarında yanacaq və 2025-ci ilin oktyabrında nəqliyyat xidmətləri qiymətlərinin artması müvəqqəti inflyasiya təzyiqləri formalaşdıracaq. Bu səbəbdən, inflyasiyanın 2026-ci ildə 5,7 %-dək yüksələcəyi və 2027-ci ildən etibarən neft qiymətlərinin azalması ilə 4,9 %-dək azalacağı proqnozlaşdırılır”, – hesabatda qeyd olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-lə müqayisədə 5,6 % təşkil edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (fevral 2026-cı il) əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 % olacaq.

BMT isə bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

“Moody’s” beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, “Fitch Ratings” 4,6 %, “Fitch Solutions” 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda illik inflyasiyanı 2026-cı ildə 5 %, 2027-ci ildə isə 5,5 % səviyyəsində olacağını gözləyir.

Related posts

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı