Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ADB Azərbaycanın da daxil olduğu regiona yeni rəhbər təyin edib - BBN

ADB Azərbaycanın da daxil olduğu regiona yeni rəhbər təyin edib

Asiya İnkişaf Bankı (ADB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

O, ADB-nin Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.

Asiya İnkişaf Bankı (ADB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.

Bu barədə “Report” Banka istinadən xəbər verir.

O, ADB-nin Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollardan çox, o cümlədən nəqliyyat layihələri üçün 1,5 milyard ABŞ dolları, enerji layihələri üçün isə 1,7 milyard ABŞ dolları kredit ayırıb.

Bundan əlavə, ADB səhiyyə, kənd təsərrüfatı və maliyyə sektorlarında layihələri dəstəkləyir.

Hazırda bank Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını hazırlayır. Prioritet sahələrə “yaşıl” infrastrukturun maliyyələşdirilməsi, su ehtiyatlarının idarə edilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixracın diversifikasiyası və “yaşıl” bacarıqların inkişafı daxildir.

Əvvəlki tərəfdaşlıq strategiyası 2019-2023-cü illəri əhatə edirdi.

ADB 1966-cı ildə yaradılıb və baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın tərkibinə 69 ölkə daxildir ki, onlardan 50-i Asiya-Sakit okean regionunda yerləşir.

Related posts

Mərkəzi Bank innovativ maliyyə məhsullarının sınağı üçün müraciət qəbuluna başlayıb

Özbəkistanda sığorta sektorunun ÜDM-də payı Azərbaycandan aşağıdır

Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı