Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BOKT "EMBAFİNANS" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - BBN

BOKT “EMBAFİNANS” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 31.07.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “EMBAFİNANS” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2015020608
İstiqrazın növü və forması İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı 2,000 (ədəd)
İlkin ticarət qiyməti 1,000 AZN
İstiqrazların buraxılış həcmi 2,000,000 AZN
İllik gəlirlilik faizi 13%
Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 12 (on iki) ay müddətində hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 12 ay
Ticarətə buraxılma tarixi 31.07.2025
Anderrayter  “ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Related posts

“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişib

Milli Məclis “Maliyyə icarəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

ING 2026-cı il üzrə Brent nefti proqnozunu artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı