Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ADB Azərbaycanın su sektoruna mümkün dəstək istiqamətlərini açıqlayıb - BBN

ADB Azərbaycanın su sektoruna mümkün dəstək istiqamətlərini açıqlayıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökumətinə institusional inkişaf və siyasət istiqamətində əhəmiyyətli dəstək verməyə ümid edir.

BBN.az xəbərr verir ki, bu barədə ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani Camal Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma” adlı paneldə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, regional əməkdaşlıq su ehtiyatlarının səmərəli idarə edilməsində mühüm rol oynayır. Bu çərçivədə ADB ölkələr arasında dialoq platformaları yaradır, standartlaşdırma prosesinə dəstək verir və regional investisiya proqramlarının hazırlanmasına kömək göstərir.

S. Camal əlavə edib ki, ADB müxtəlif regionlarda su resurslarının idarə olunması, infrastruktur layihələrinə sərmayə qoyuluşu, təkrar emal, təbiətin mühafizəsi və icmaların maarifləndirilməsi istiqamətində təşəbbüslər həyata keçirir. Bank həmçinin buzlaqların əriməsi risklərinin qiymətləndirilməsini aparır.

O, su sektoruna investisiyanın əhəmiyyətinə diqqət çəkərək, peyk məlumatları və sensor texnologiyalar, ağıllı sayğaclar, süni intellekt və “rəqəmsal əkizlər”dən istifadə ilə məlumatların modelləşdirilməsi və proqnozlaşdırılması kimi istiqamətləri ön plana çəkib.

ADB rəsmisi vurğulayıb ki, həm ənənəvi infrastrukturun – anbarlar, boru və drenaj sistemlərinin yenilənməsi, həm də ekoloji həllərə – meşələrin bərpası və su hövzələrinin qorunmasına yatırılan sərmayələr həyati əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, ADB-nin dəstəklədiyi layihələr dövlətlə yanaşı, özəl sektorun iştirakını da əhatə edir ki, bu da müasir texnologiyaların tətbiqi və xarici investisiyaların təşviqi baxımından xüsusi önəm kəsb edir.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Prezident büdcə, mühasibat və dövlət satınalmalarında rəqəmsallaşmanı təsdiqlədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı