Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
OpenAI və Oracle arasında 300 milyard dollarlıq bulud müqaviləsi imzalanıb - BBN

OpenAI və Oracle arasında 300 milyard dollarlıq bulud müqaviləsi imzalanıb

Texnologiya nəhəngi OpenAI, Oracle ilə dəyəri 300 milyard dollar olan iri həcmli bulud hesablama müqaviləsi bağlayıb.

BBN.az-ın məlumatına görə, bu saziş Oracle-ın “Amazon Web Services”, “Microsoft Azure” və “Google Cloud” kimi əsas rəqibləri ilə rəqabətində mühüm üstünlük qazanması kimi dəyərləndirilir. Razılaşmaya əsasən, Oracle-ın bulud infrastrukturu beş il müddətində OpenAI-nin genişlənən əməliyyatlarını dəstəkləyəcək.

Müqavilə süni intellekt sahəsində artan infrastruktur tələbinin göstəricisi olmaqla yanaşı, Oracle-ı OpenAI üçün əsas bulud tərəfdaşına çevirir. The Wall Street Journal yazır ki, tarixdə ən iri sövdələşmələrdən biri hesab edilən bu razılaşma çərçivəsində 4,5 giqavat güc təmin ediləcək.

Related posts

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb

ABŞ tərəfdaşlarını Hörmüz boğazında koalisiyaya qoşulmağa çağırır – Regional gərginlik artır

TRAMP İRANI “BOĞMAĞA” QƏRARLI: ABŞ-DAN MÜHASİRƏ HƏMLƏSİ!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı