Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AgroHackathon - 2020” müsabiqəsi başlayıb - BBN

“AgroHackathon – 2020” müsabiqəsi başlayıb

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “AgroHackathon – 2020” müsabiqəsinə start verilib.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun binasında keçiriləcək yarışa qatılmaq istəyən komandalar keçiddə qeydiyyatdan keçməlidirlər.

29 fevral – 2 mart 2020-ci il tarixlərində keçiriləcək yarışmada komandalar 2020 dəqiqə müddətində verilən texniki tapşırıq əsasında işləyərək öz güclərini sınayacaqlar. “AgroHackathon – 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqənin təşkilat komitəsinin həmsədri, AEİM-nin direktor müavini Əkbər Abbasovun sözlərinə görə yarış zamanı həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılacaq, onlar  yerli istehsal olan ekoloji təmiz qida və şirələrlə təmin olunacaqlar.

“AgroHackathon – 2020” yarışması ilə bağlı daha ətraflı məlumatlar yaxın günlərdə veriləcək. Müsabiqə ilə bağlı bir sıra aparıcı ali təhsil müəssisələrində görüşlərin keçirilməsi nəzərdə tutulub.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı