Avropa İttifaqı 2026-cı ilin ikinci rübündə 21,8 milyard avro xarici ticarət kəsiri ilə üzləşib. Bu, Aİ-nin 2023-cü ilin ikinci rübündən sonra ilk ticarət kəsiridir.
BBN.az Avropa Statistika İdarəsinə (Eurostat) istinadən xəbər verir ki, mövsümi tənzimlənmiş məlumatlara əsasən, ikinci rübdə Aİ-nin ixracı əvvəlki rüblə müqayisədə 5,4% artaraq 680 milyard avroya, idxalı isə 9,9% artaraq 701,8 milyard avroya çatıb.
Ticarət balansındakı mənfi göstəriciyə əsasən enerji məhsulları üzrə kəsirin artması təsir edib. Belə ki, enerji məhsullarında ticarət kəsiri birinci rübdəki 71,3 milyard avrodan 101,1 milyard avroya yüksəlib.
Hesabat dövründə xammal üzrə ticarət kəsiri 7,9 milyard avrodan 9,4 milyard avroya, digər istehsal olunmuş mallar üzrə isə 8,3 milyard avrodan 9,1 milyard avroya çatıb.
Eyni zamanda, maşın və nəqliyyat vasitələri üzrə ticarət profisiti 24,9 milyard avrodan 23,2 milyard avroya, digər məhsullar üzrə profisit isə 11,6 milyard avrodan 9,1 milyard avroya azalıb.