Bu il avqustun 1-nə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 979,9 milyon manat təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.
Hesabat dövründə bankların cəmi öhdəlikləri 53 milyard 330,2 milyon manat, balans kapitalı isə 7 milyard 649,7 milyon manat olub.
Təkcə iyul ayında bank sektorunun cəmi aktivləri, öhdəlikləri və balans kapitalı 0,1% artıb.