Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ-nin Rusiyadan neft idxalı 90% azalıb - BBN

Aİ-nin Rusiyadan neft idxalı 90% azalıb

Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan neft alışı bu ilin mart ayında müharibədən əvvəlki dövrlə müqayisədə 90% azalıb.

Avropa Statistika İdarəsi (Eurostat) üzv ölkələrin mart ayında Rusiyadan xam neft və neft məhsulları idxalı ilə bağlı məlumat yayıb.

Müvafiq olaraq, Aİ-nin Rusiyadan xam neft və neft məhsullarının ümumi idxalı 1,4 milyon ton olub.

Sözügedən idxal 2019-2022-ci illərdə ayda 15,2 milyon ton səviyyəsində olub. Aİ müharibədən əvvəlki 2022-ci ilin yanvarında Rusiyadan 12,4 milyon ton xam neft idxal edib.

Sanksiyalar çərçivəsində embarqo tətbiqinin qüvvəyə mindiyi 2022-ci ilin dekabrında Aİ-nin xam neft idxalı 70% azalaraq 3,7 milyon tona düşüb. Xam neft idxalı bu ilin mart ayında müharibədən əvvəlki ayla müqayisədə 91% azalaraq 1,17 milyon tona düşüb.

Aİ-nin Rusiyadan neft alışı müəyyən şərtlərlə məhdud idxala imkan verən sanksiyalar istisnaları səbəbindən tamamilə dayanmayıb.

Müharibədən əvvəl Aİ ölkələri neftin təxminən 25%-nı və təbii qazın 40%-nı Rusiyadan alırdı.

Related posts

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb

ABŞ tərəfdaşlarını Hörmüz boğazında koalisiyaya qoşulmağa çağırır – Regional gərginlik artır

Azərbaycanda 500 kV-luq yeni elektrik xəttinin tikintisi planlaşdırılır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı