Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək üçün addımlar atacaq - BBN

Aİ Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək üçün addımlar atacaq

Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Vera Jourova Strasburqda keçirdiyi mətbuat konfransında Rusiyanın müharibə səbəbindən dondurulan aktivləri ilə bağlı açıqlama verib. O, Komissiyanın Ukraynanın yenidən qurulmasına kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri başqa hesaba köçürmək planı hazırlandığını bildirib.

BBN.az xəbər verir ki, “Aİ Komissiyası Rusiya Mərkəzi Bankının aktivlərindən gözlənilməz fövqəladə gəlirlərin immobilizasiyası ilə bağlı təklifləri qəbul edib”, – deyən Jourova təklifin qüvvəyə minməsi üçün Aİ ölkələri tərəfindən təsdiqlənməsinin vacib olduğunu bildirib.

Jourova xatırladıb ki, oktyabrda keçirilən Aİ Liderlərinin Sammitində Komissiyaya Rusiya aktivləri ilə bağlı işlərin sürətləndirilməsi tapşırılıb. Aİ ölkələri tərəfindən yekdilliklə təsdiq edilməli olan təklifin təfərrüatları hələlik rəsmi olaraq paylaşılmayıb. Aİ rəsmiləri aylardır dondurulmuş aktivlərin hüquqi və maliyyə aspektlərini və bu aktivlərdən əldə edilən gəlirlərin sahibinin razılığı olmadan istifadəsini müzakirə edir.

Son olaraq bunu da qeyd edək ki, Aİ ölkələri müharibə səbəbiylə Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avrosunu donduraraq, doqquz ayda sözügedən puldan 3 milyard avro faiz gəliri əldə edib.

Related posts

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!

“UBS” qızıl və gümüş proqnozunu dəyişməz saxlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı