Avropa enerji bazarlarında təbii qazın qiyməti Yaxın Şərqdə artan gərginlik və LNG tədarükü ilə bağlı narahatlıqlar fonunda kəskin bahalaşıb.
BBN.az xəbər verir ki, Avropada qaz qiymətləri üçün əsas göstərici hesab olunan Niderland TTF-də oktyabr fyuçersləri cümə günü 1 meqavat/saat üçün 66,97 avro səviyyəsində bağlanıb.
31 avqust 2026-cı il, saat 11:34-ə olan məlumata görə isə təbii qazın qiyməti əvvəlki bağlanışla müqayisədə 4,4% artaraq 69,90 avroya yüksəlib.
Beləliklə, Avropada təbii qazın qiyməti 69 avronu keçərək 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb.
Qiymət artımına əsasən Yaxın Şərqdə münaqişələrin yenidən şiddətlənməsi və Avropanın enerji təchizatı baxımından mühüm əhəmiyyət daşıyan Fars körfəzindən LNG ixracında mümkün fasilələrlə bağlı narahatlıqlar səbəb olub.
Bundan əlavə, Avropadakı qaz anbarlarında ehtiyatların əvvəlki illərlə müqayisədə aşağı səviyyədə olması da qiymətlərə əlavə yuxarı təzyiq göstərir.