Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aİ Ukraynaya dron texnologiyası üçün 3,9 mlrd. avro ayırıb - BBN

Aİ Ukraynaya dron texnologiyası üçün 3,9 mlrd. avro ayırıb

Aİ Ukraynaya ayrılmış 90 milyard avroluq dəstək krediti proqramı çərçivəsində dronların alınması üçün nəzərdə tutulan vəsaitin ilk hissəsi olan 3,9 milyard avronun ölkəyə köçürüldüyünü açıqlayıb.

BBN.az xəbər verir ki, Komissiyanın yaydığı bəyanata görə, bu ödəniş 25 iyun tarixində makromaliyyə yardımı çərçivəsində ayrılmış 3,2 milyard avroluq büdcə dəstəyindən sonra həyata keçirilib. Bildirilib ki, dronların alınması üçün ayrılan maliyyələşdirmə tranşının tamamlanması məqsədilə Ukraynanın ödəniş tələblərinə uyğun olaraq yaxın günlərdə əlavə vəsaitlərin də köçürülməsi planlaşdırılır.

Xatırladaq ki, 2026-cı ilin fevralında qəbul edilən Aİ-nin Ukraynaya Dəstək Krediti proqramı çərçivəsində ölkəyə ümumilikdə 90 milyard avroya qədər maliyyə ayrılması nəzərdə tutulur.

Paketə əsasən, 30 milyard avro Ukrayna dövlət büdcəsinin və əsas ictimai xidmətlərin maliyyələşdirilməsinə, 60 milyard avro isə ölkənin müdafiə sənayesinin və hərbi potensialının gücləndirilməsinə yönəldiləcək.

Aİ bildirib ki, 2026-cı il ərzində müdafiə sənayesinə ümumilikdə 28,3 milyard avro həcmində dəstək göstərilməsi planlaşdırılır. Bununla yanaşı, hər bir ödəniş həyata keçirilməzdən əvvəl Ukrayna tərəfindən təqdim olunan müqavilələr diqqətlə yoxlanılır və ayrılan vəsaitin Avropa İttifaqı ilə razılaşdırılmış müdafiə tədarüklərinə sərf olunmasına nəzarət edilir.

Related posts

“Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb

Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb

Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı