Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AİB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib - BBN

AİB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib

Bu gündən Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoru qurumun Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

BBN.az AİB-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bu, xanım Sunniya Durrani-Camalıdır.

Xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla ADB-də çalışıb. O, Bankın Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.

“Zəngin mədəniyyətə və əhəmiyyətli iqtisadi potensiala malik olan Azərbaycanda AİB-in səylərinə rəhbərlik etmək şərəfdir. Mənim prioritetim AİB-in hökumətlə davamlı əməkdaşlığını genişləndirmək, iqtisadiyyatın şaxələndirilməsinə və Azərbaycanda insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. Bura bərpa olunan enerjinin genişləndirilməsi, iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli və Qafqaz ölkəsinin özəl sektorun idarə etdiyi yaşıl iqtisadiyyata keçidinə kömək etmək daxildir” – deyə xanım Durrani-Camal vurğulamışdır.

Xanım Durrani-Camal Böyük Britaniyanın Sussex Universitetindən iqtisadiyyat (İnsan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir. O, ADB-nin Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Candice McDeigan-ı əvəz edib.

 

 

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Unibank Şirvanda yeni filialını açıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı