Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanlar barədə elan - BBN

Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanlar barədə elan

“Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 3.4-cü və 5.9-cu bəndlərinə müvafiq olaraq aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün “Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı”, “Qeyri-həyat sığortası riyaziyyatı”, “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” və “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzuları üzrə aşağıda qeyd edilən tarixlərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında imtahanlar keçiriləcəkdir.

İmtahanlarda iştirak etmək istəyən şəxslər qanunvericiliklə tələb olunan sənədləri imtahan tarixinə ən azı 30 gün qalmış Mərkəzi Banka təqdim etməlidirlər.

Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanların

QRAFİKİ

Mövzunun adı Attestasiya tarixi Saat
1 Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı 23.10.2024 10:00

14:00

2 Qeyri-həyat sığortası riyaziyyatı 06.11.2024 10:00

14:00

3 Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər 27.11.2024 10:00

14:00

4 Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri 11.12.2024 10:00

14:00

 

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı