Almaniya iqtisadiyyatı ikinci rübdə azaldı

Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniya iqtisadiyyatının ilin ikinci rübünü əhatə edən yekun artım məlumatlarını açıqlayıb.

BBN.az xəbər verir ki, Almaniyada  ümumi daxili məhsul (ÜDM) ilin ikinci rübündə bir əvvəlki rübə görə 0,1 faiz azalıb. Almaniya Federal Statistika İdarəs iyulun 30-da ilkin məlumatlarla açıqladığı 0,1 faizlik daralmanı təsdiqlədi.

Avropanın ən böyük, dünyanın isə 3-cü iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı keçən ilin son rübündə 0,4 faiz, ilin ilk rübündə isə 0,2 faiz artmışdı.

Destatis-in prezidenti Ruth Brand, “Əvvəlki rübdə cüzi artımdan sonra Almaniya iqtisadiyyatı yazda yenidən yavaşladı”- deyə açıqlama verdi.

Related posts

Kənd Təsərrüfatı Nazirliyi və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ağsu və Zərdabda növbəti toxum sərgi-satış yarmarkaları keçirilib

Azərbaycan neftinin qiyməti 84 dollara yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı