Almaniya Federal Statistika İdarəsi (Destatis) Almaniya iqtisadiyyatının ilin ikinci rübünü əhatə edən yekun artım məlumatlarını açıqlayıb.
BBN.az xəbər verir ki, Almaniyada ümumi daxili məhsul (ÜDM) ilin ikinci rübündə bir əvvəlki rübə görə 0,1 faiz azalıb. Almaniya Federal Statistika İdarəs iyulun 30-da ilkin məlumatlarla açıqladığı 0,1 faizlik daralmanı təsdiqlədi.
Avropanın ən böyük, dünyanın isə 3-cü iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı keçən ilin son rübündə 0,4 faiz, ilin ilk rübündə isə 0,2 faiz artmışdı.
Destatis-in prezidenti Ruth Brand, “Əvvəlki rübdə cüzi artımdan sonra Almaniya iqtisadiyyatı yazda yenidən yavaşladı”- deyə açıqlama verdi.