Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Alphabet”in gəliri 24% artaraq 119,8 milyard dollara çatıb - BBN

“Alphabet”in gəliri 24% artaraq 119,8 milyard dollara çatıb

“Google”ın ana şirkəti olan “Alphabet” 2026-cı ilin aprel-iyun aylarını əhatə edən ikinci rüb üzrə maliyyə göstəricilərini açıqlayıb.

BBN.az xəbər verir ki, şirkətin hesabat dövründə əldə etdiyi gəlir ötən ilin eyni rübü ilə müqayisədə 24% artaraq 96,4 milyard dollardan 119,8 milyard dollara yüksəlib.

“Alphabet”in xalis mənfəətində də kəskin artım qeydə alınıb. Belə ki, şirkətin xalis mənfəəti illik müqayisədə 298% yüksələrək 28,2 milyard dollardan 112,1 milyard dollara çatıb.

Hesabat dövründə şirkətin səhm başına mənfəəti də artıb. Bu göstərici ötən ilin ikinci rübündəki 2,31 dollardan 9,11 dollara yüksəlib.

Şirkətin baş direktoru Sundar Piçai maliyyə nəticələrini şərh edərkən bildirib ki, süni intellektə yönəldilən investisiyalar “Alphabet”in biznes fəaliyyətinin müxtəlif istiqamətlərində yeni imkanlar yaradır və şirkətin inkişaf strategiyasını dəyişdirir.

Onun sözlərinə görə, süni intellekt infrastrukturu və həllərinə artan tələbat “Google Cloud”un gəlirlərinin 82% artmasına səbəb olub.

Sundar Piçai həmçinin bildirib ki, şirkətin süni intellekt əsaslı “Gemini” tətbiqinin aylıq aktiv istifadəçilərinin sayı 950 milyona çatıb.

Related posts

Amazon süni intellekt bölməsində ixtisarlara gedir

IBM-in gəliri artıb, səhm başına mənfəəti azalıb

Azərbaycanda 6 ayda 293 yeni dövlət standartı qəbul olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı