AMB 3 BOKT-un vəzifəli şəxsini cərimə etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “MJ Financial Services” ASC, “Para” ASC və “Azpul” MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

AMB-dan BBN.az-a verilən məlumata əsasən, qurum tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq AZPUL MMC-nin vəzifəli şəxsi 6 000 (altı min) manat məbləğində,  “PARA”  ASC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində və “MJ Financial Services” ASC-nin  vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişlər.

Related posts

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

BOKT “İnternational” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı