Azərbaycan Mərkəzi Bankı (AMB) “MJ Financial Services” ASC, “Para” ASC və “Azpul” MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.
AMB-dan BBN.az-a verilən məlumata əsasən, qurum tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq AZPUL MMC-nin vəzifəli şəxsi 6 000 (altı min) manat məbləğində, “PARA” ASC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində və “MJ Financial Services” ASC-nin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişlər.