Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB 4 ödəniş təşkilatına çatışmazlıqları aradan qaldırmaq göstərişi verib - BBN

AMB 4 ödəniş təşkilatına çatışmazlıqları aradan qaldırmaq göstərişi verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” MMC-lərə icrası məcburi göstərişlər verib.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Global İnnovations”ə “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə müəyyən edilmiş məcmu kapitalın minimum məbləği tələbinin, eləcə də həmin Qaydada nəzərdə tutulan digər tələblərin pozulması hallarının aradan qaldırılması məqsədilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilib.

“United Payment”ə isə yerində yoxlama zamanı qanunvericiliyin və normativ aktların tələblərinin pozulması halları aşkar edildiyindən, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması barədə icrası məcburi göstəriş verilib.

“Baku Pay”ə planlı yoxlama zamanı aşkar edilmiş qanunvericilik və normativ akt tələblərinin pozulması ilə əlaqədar olaraq, ödəniş xidməti istifadəçilərinə məxsus pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, daxili nəzarət, daxili audit və risklərin idarə edilməsi sistemlərindəki çatışmazlıqların aradan qaldırılması üçün “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən icrası məcburi göstəriş verilib.

“Fizza Pay”ə isə müəyyən edilmiş müddət ərzində daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, daxili audit və risklərin idarə edilməsi istiqamətində kadr potensialının gücləndirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Related posts

Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Mərkəzi Bank Dünya Bankı ilə əməkdaşlığın prioritetlərini müzakirə edib

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı