Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verib - BBN

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Hava Yolları (AZAL) yeni nəsil təyyarələrdə sərnişinlər üçün internet xidmətinin təşkili ilə bağlı müraciətinə razılıq verib.

Bu barədə  Dövlət Agentliyindən məlumat verilib.

Qərar Rəqabət Məcəlləsinin təbii inhisar subyektlərinin müəyyən hərəkətlərinə nəzarəti nəzərdə tutan müddəalarına uyğun aparılan araşdırmanın nəticəsində qəbul edilib.

Araşdırma zamanı təyyarələrdə internet xidmətinin təşkili ilə bağlı müqavilələr və digər hüquqi sənədlər təhlil olunub. Nəticədə Dövlət Agentliyi internet xidmətinin yalnız sərnişinin öz seçimi əsasında təqdim edilməsi şərti ilə Azərbaycan Hava Yollarının müraciətini müsbət qiymətləndirib.

“Report”un sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, yeni xidmət çərçivəsində internet bağlantısı “Viasat” peyk rabitəsi texnologiyası vasitəsilə təmin olunacaq.

Biznes sinfi sərnişinləri, eləcə də “AZAL Miles” loyallıq proqramının “Elite” və “Platinum” statuslu üzvləri bortdaxili internet xidmətindən ödənişsiz yararlana biləcəklər. Bunun üçün internetə qoşulma portalında ad, soyad və oturacaq nömrəsini daxil etmək kifayətdir.

İnternetə qoşulma portalı vasitəsilə sərnişinlər, həmçinin heç bir əlavə ödəniş etmədən uçuşdaxili əyləncə sisteminə qoşularaq film, musiqi və digər rəqəmsal məzmunlardan istifadə edə bilirlər.

“Uçuşdaxili internet xidməti hazırda AZAL-ın yeni nəsil “Airbus A320neo” və “Airbus A321neo” tipli təyyarələrində mövcuddur. Gələcəkdə donanmaya qoşulacaq bütün yeni nəsil hava gəmilərində də bu xidmət sərnişinlərin istifadəsinə veriləcək”, – məlumatda qeyd olunub.

Related posts

AMB 4 ödəniş təşkilatına çatışmazlıqları aradan qaldırmaq göstərişi verib

Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib

“AzerGold” ixracdan 107 milyon dollardan çox gəlir əldə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı