Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin ilk yarısında 92 not hərracı keçirib.
BBN.az xəbər verir ki, AMB-nin “Pul Siyasəti İcmalı”na əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 % çoxdur.
Hesabat dövrünün sonunda Mərkəzi Bankın not portfelinin ümumi həcmi 484 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 113 milyon manat artıb.
Eyni zamanda, dövr ərzində qısamüddətli notların gəlirliliyində azalma qeydə alınıb. Belə ki, iyun ayında keçirilən son hərraclarda gəlirlilik ötən ilin sonu ilə müqayisədə bütün müddətlər üzrə aşağı düşüb.
Beləliklə, 28 günlük notlar üzrə gəlirlilik 6,75 %-dən 6,54 %-ə, 84 günlük notlarda 6,68 %-dən 6,49 %-ə, 168 günlük notlarda 6,80 %-dən 6,48 %-ə, 252 günlük notlarda isə 6,85 %-dən 6,50 %-ə enib.