Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB anti-fraud tənzimləməsinin hazırlanmasını yekunlaşdırmaq üzrədir - BBN

AMB anti-fraud tənzimləməsinin hazırlanmasını yekunlaşdırmaq üzrədir

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda rəqəmsal fırıldaqçılıqla mübarizəni gücləndirmək məqsədilə anti-fraud tənzimləməsi hazırlayır.

Bunu AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sənədin hazırlanması prosesi təxminən 90 % tamamlanıb və hazırda hüquqi prosedurlar mərhələsindədir.

“Proses başa çatdıqdan sonra sənəd ilkin olaraq layihə şəklində maliyyə sektoru ilə paylaşılacaq. Sektor iştirakçılarının rəyləri toplanacaq və zərurət yaranarsa, sənəd üzərində əlavə təkmilləşdirmələr aparılacaq”, – deyə E.Eyvazlı qeyd edib.

AMB rəsmisi bildirib ki, avtomatlaşdırma, süni intellekt və anti-fraud alətlərindən daha geniş istifadə gündəlik əməliyyatların böyük hissəsinin avtomatlaşdırılmasına imkan yarada bilər. Bu isə insan resurslarının daha çox məlumatların təhlili və hadisələrin araşdırılmasına yönəldilməsinə şərait yaradacaq.

E.Eyvazlı əlavə edib ki, rəqəmsal sektorda istifadəyə verilən bütün xidmətlər mütləq penetrasiya testlərindən (pen-test) keçməlidir.

Onun sözlərinə görə, süni intellektdən pen-test prosesində istifadə müəyyən istiqamətlərdə effektiv olsa da, məntiqi boşluqların aşkarlanması kimi mürəkkəb məsələlərdə ənənəvi yanaşmalar hələ də mühüm rol oynayır.

“OWASP Top 10 kimi geniş yayılmış zəifliklərin aşkarlanması və digər standart yoxlamaların avtomatlaşdırılması mümkündür. Bu yanaşmanı dəstəkləyirəm”, – deyə AMB rəsmisi vurğulayıb.

Related posts

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir

Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit – Expressbank

AMB vətəndaş qəbulu xidmətini Naxçıvanda da genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı