Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə əsasən “AtaSığorta” ASC-yə verilmiş lisenziyanı ləğv edib.
Məlumata görə, söhbət 10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziyadan gedir və qərar könüllü müraciət əsasında qəbul olunub.
AMB-dən bildirilib ki, sığorta şirkətinin lisenziyasının ləğvi sektorun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır.
Qeyd olunub ki, ləğvetmə prosesi qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək və Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaq.