Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Azərbaycanda ilk dəfə zəlzələ risk xəritələri hazırlanıb - BBN

AMB: Azərbaycanda ilk dəfə zəlzələ risk xəritələri hazırlanıb

Azərbaycanda ilk dəfə zəlzələ risklərinin milli modelləşdirilməsi həyata keçirilib və bunun əsasında ölkə üzrə zəlzələ risk xəritələri hazırlanıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən “Əmlak Sığortası və Risklərin Qorunması: Evlərin və Bizneslərin Təhlükəsizliyinin Təmin Edilməsi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, layihə AMB, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi və İcbari Sığorta Bürosunun (İSB) birgə əməkdaşlığı ilə həyata keçirilib. Modelin hazırlanmasında Türkiyənin ixtisaslaşmış şirkəti iştirak etsə də, sistem tam şəkildə Azərbaycanın seysmik xüsusiyyətlərinə uyğunlaşdırılıb.

V.Qurbanov qeyd edib ki, hazırlanan model ölkənin müxtəlif bölgələrində fərqli dövrlərdə baş verə biləcək zəlzələlərin və onların mümkün təsirlərinin əvvəlcədən proqnozlaşdırılmasına imkan verir. Hazırda hazırlanmış risk xəritələrinin sığorta sektorunda tətbiqi ilə bağlı sığorta şirkətləri ilə müzakirələr aparılır.

AMB rəsmisinin sözlərinə görə, yeni modelləşdirmə sığorta şirkətlərinə sığortaladıqları əmlakın zəlzələ nəticəsində məruz qala biləcəyi zərərin həcmini daha dəqiq qiymətləndirməyə və risklərini düzgün hesablamalar əsasında idarə etməyə imkan yaradacaq.

O bildirib ki, layihənin əsas məqsədlərindən biri təbii fəlakətlər zamanı dövlət büdcəsinə düşən maliyyə yükünü azaltmaqdır. Risklərin sığorta sektoruna ötürülməsi və sığorta əhatəsinin genişləndirilməsi nəticəsində dövlətin üzərinə düşən kompensasiya öhdəliklərinin azalacağı gözlənilir.

Vüsal Qurbanov əlavə edib ki, hazırlanan model dövlətə məxsus əmlakın da zəlzələ nəticəsində məruz qala biləcəyi mümkün zərərlərin əvvəlcədən qiymətləndirilməsinə imkan verəcək.

AMB-nin baş direktoru bildirib ki, beynəlxalq təcrübədə icbari sığorta əsasən dövlət üçün yüksək fiskal risk yaradan katastrofik hadisələri əhatə edir. Bu yanaşma həm dövlətin maliyyə maraqlarını qoruyur, həm də sığorta sisteminin dayanıqlığını gücləndirir.

Onun sözlərinə görə, vətəndaşlar üçün sığorta xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə İcbari Sığorta Bürosu bütün icbari sığorta növlərini elektronlaşdırıb. Hazırda əmlakın sığortalanması sığorta şirkətlərinin internet səhifələri və mobil tətbiqləri vasitəsilə onlayn şəkildə həyata keçirilə bilir. Dövlət informasiya sistemləri ilə inteqrasiya sayəsində məlumatlar avtomatik yoxlanılır, elektron sığorta şəhadətnaməsi dərhal formalaşdırılır və əlavə olaraq çıxarış və digər texniki sənədlərin təqdim edilməsinə ehtiyac qalmır.

Related posts

Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb

Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanı

Vüsal Qurbanov: “Yaşayış evlərinin sığortalanmasına nəzarətlə bağlı yeni mexanizmlər təklif olunur”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı