Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Bank sektorunun imkanları sığorta inklüzivliyinin artırılmasında əsas vasitələrdəndir - BBN

AMB: Bank sektorunun imkanları sığorta inklüzivliyinin artırılmasında əsas vasitələrdəndir

Azərbaycanda bank sektorunun gücündən istifadə etməklə sığorta inklüzivliyinin artırılması maliyyə siyasətinin əsas hədəflərindən biridir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov AmCham tərəfindən Bakıda təşkil edilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda keçirilən tədbirdə bildirib.

AMB rəsmisinin sözlərinə görə, 2023-cü ildə qlobal bancassurance bazarının həcmi 1,4 trilyon ABŞ dollarına çatıb və 2030-cu ilədək 2 trilyon dolları ötəcəyi proqnozlaşdırılır.

R.Tahirov qeyd edib ki, bir çox ölkələrdə bancassurance daha sürətlə inkişaf edən seqment kimi çıxış edir və bu potensialdan istifadə olunması AMB-nin strateji hədəflərindən sayılır:

  • “Ölkəmizdə bank əsaslı maliyyə sistemi mövcuddur. Banklar dominant oyunçu olaraq qalır və maliyyə sektorunun 94%-i bank sektorunun payına düşür”.

AMB hesab edir ki, bank-sığorta inteqrasiyasının gücləndirilməsi sığorta xidmətlərinə çıxışı genişləndirəcək və inklüzivliyi artıracaq.

Related posts

Yanvarda icmal büdcədə 2,7 milyard manata yaxın profisit yaranıb

Yanvarda dövlət büdcəsində 2,7 milyard manatdan çox profisit yaranıb

Dövlət əmlakının icarəsindən büdcəyə 4,9 milyon manat daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı