Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yanvarda dövlət büdcəsində 2,7 milyard manatdan çox profisit yaranıb - BBN

Yanvarda dövlət büdcəsində 2,7 milyard manatdan çox profisit yaranıb

Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 milyard 707,3 milyon manat, xərcləri isə 1 milyard 437,6 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 35,9 % azdır.

Büdcə gəlirləri proqnozu 0,9 % üstələyib, xərclər isə proqnozdan 4,2 % az icra olunub.

Nəticədə ötən ay dövlət büdcəsində 2 milyard 707,3 milyon manat həcmində profisit formalaşıb ki, bu da ÜDM-in 29,8 %-nə bərabərdir. Profisit ötən ilin yanvar ayı ilə müqayisədə 28,9 % çoxdur.

Yanvar ayında büdcə gəlirlərinin strukturu belə olub:

  • Dövlət Vergi Xidməti xətti ilə daxilolmalar 2 milyard 50,3 milyon manat təşkil edərək proqnozu 50,3 milyon manat və ya 2,5 % üstələyib;

  • Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487 milyon manat olub və proqnozdan 2 milyon manat və ya 0,4 % çox icra edilib;

  • Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozu 0,2 milyon manat və ya 4,4 % üstələyib;

  • Sair daxilolmalar 31 milyon manat olub ki, bu da proqnozdan 3,1 milyon manat və ya 11,2 % çoxdur;

  • Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnozdan 26,9 % az icra olunub;

  • Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert 1 milyard 70 milyon manat olmaqla proqnoza qarşı 100 % icra edilib.

Related posts

AMB ADIF-ə kredit qoyuluşunun qalığını 35 % azaldıb

AMB işçilərinə çəkdiyi xərci 25 %, verdiyi kreditləri 10% artırıb

Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri 23 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı