Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Banklar müştərilərə fərdiləşdirilmiş kredit təklif edə biləcək - BBN

AMB: Banklar müştərilərə fərdiləşdirilmiş kredit təklif edə biləcək

Azərbaycanda “Açıq Bankçılıq” sisteminin tətbiqi banklara müştərilər üçün daha fərdiləşdirilmiş kredit təklifləri hazırlamağa imkan verəcək.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.

Onun sözlərinə görə, “Açıq Bankçılıq” sistemi tətbiq edilmədikdə istifadəçilər yalnız hesablarının olduğu bankın mobil tətbiqindəki məlumatları görə bilirlər. Yeni sistem vasitəsilə isə vətəndaşlar digər banklardakı hesablarını da eyni tətbiqə əlavə edərək bütün maliyyə məlumatlarını ümumi şəkildə izləyə biləcəklər.

AMB rəsmisi qeyd edib ki, bu məlumatlardan istifadə edən banklar müştərilərə daha uyğun və fərdi maliyyə məhsulları təqdim etmək imkanı qazanacaqlar.

“Hazırda hansısa bank bütün müştərilərə eyni formada, məsələn 20 min manata qədər kredit təklif edə bilir. Bu həm 500 manat maaş alan, həm də 5 000 manat əməkhaqqı alan şəxs üçün keçərlidir. Yeni sistemdə isə bank müştərinin dəqiq gəlirlərini görə bildiyi üçün ona uyğun fərdiləşdirilmiş kredit təklif edə biləcək”, – deyə E.Didəkənan bildirib.

O əlavə edib ki, “Açıq Bankçılıq” çərçivəsində vətəndaşların digər banklardakı əməkhaqqı və qeyri-əməkhaqqı gəlirləri də nəzərə alınacaq. Bununla banklar müştərinin ümumi maliyyə dövriyyəsini qiymətləndirərək dövriyyə krediti təqdim edə biləcəklər.

AMB nümayəndəsinin sözlərinə görə, sistem ödənişlərin ölkə daxilində lokal şəkildə həyata keçirilməsinə də şərait yaradacaq:

“Bu, ölkəmiz üçün böyük üstünlükdür. Məlumatlar ölkə xaricinə çıxmadan ödənişlərin icrası mümkün olacaq”, – deyə o vurğulayıb.

Related posts

AMB: Süni intellekt sistemlərinə həssas məlumatların ötürülməsi risklidir

AMB maliyyə sektorunda peşəkar sertifikatlaşdırma sistemini tətbiq edəcək

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi bank rəhbərləri toplaşacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı