Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi bank rəhbərləri toplaşacaq - BBN

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi bank rəhbərləri toplaşacaq

İyunun 4-5-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısı keçiriləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, toplantıda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin mərkəzi banklarının rəhbər heyətləri, eləcə də müşahidəçi qismində Macarıstan və Şimali Kiprin mərkəzi bank nümayəndələri iştirak edəcəklər. Tədbirə Türk Dövlətləri Təşkilatının Baş katibinin də qatılması gözlənilir.

Toplantıda qlobal çağırışlar fonunda makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, monetar siyasətin effektivliyinin artırılması, eləcə də rəqəmsal transformasiya şəraitində maliyyə texnologiyalarının inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Müzakirələr çərçivəsində “Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri” və “Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı” mövzularında təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 2024-cü ildə yaradılmış Şuranın ilk iclası ötən il Qazaxıstanın Astana şəhərində baş tutub. Şuranın əsas məqsədi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemləri və maliyyə texnologiyaları sahələrində əməkdaşlığın gücləndirilməsidir.

Related posts

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib

Bakı Fond Birjasının dövriyyəsi 42,7 % azalıb

“Azərpoçt”un keçmiş rəhbəri “PAŞA Kapital”a Baş İcraçı direktor təyin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı