AMB Əlil Təşkilatları İttifaqına üzv təşkilatların nümayəndələri üçün “Maliyyə savadlılığı” üzrə təlim proqramı təşkil edib – Foto

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi, eyni zamanda onların maliyyə savadlılığının artırılması istiqamətində təşkil etdiyi tədbirlərin davamı olaraq Əlil Təşkilatları İttifaqına üzv təşkilatların 20 nümayəndəsi üçün “Maliyyə savadlılığı” üzrə təlim proqramı təşkil etmişdir.

Proqrama “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri”, “Milli pul nişanları və onların mühafizə elementləri”, “İstehlak kreditinin xüsusiyyətləri”, “Vətəndaşlar üçün sığorta”, “Əmanətlərin sığortalanması” və “Neyromarketinq” mövzuları daxil edilmişdir.

Proqram iştirakçılarına Mərkəzi Bankın maliyyə savadlılığının artırılması istiqamətində hazırlanmış elektron resursları (www.bizimpullar.az, edu.e-cbar.az, www.infobank.az) barədə ətraflı məlumat da verilmişdir. Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı