Azərbaycan Mərkəzi Bankı (AMB) “CFİ Financial İnvestisiya Şirkəti” QSC-də aparılan yoxlamanın nəticələri əsasında şirkətin vəzifəli şəxsi barəsində inzibati tədbir görüb.
BBN.az xəbər verir ki, AMB-nin məlumatına görə, maliyyə qurumunda keçirilmiş tematik yoxlama zamanı “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi müəyyən olunub.
Bununla əlaqədar investisiya şirkətinin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimələnib.