Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Gürcüstana 84 milyon dollara yaxın investisiya yatırıb - BBN

Azərbaycan Gürcüstana 84 milyon dollara yaxın investisiya yatırıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstan iqtisadiyyatına 83 milyon 848 min ABŞ dolları investisiya yatırıb.

BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53 milyon 424 min ABŞ dollar və ya 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,6% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı 3-cü ölkə olub.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 1 milyard 109 milyon 851 min dollara bərabər olub.

Related posts

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

“TikTok” və “LinkedIn”lə Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanda kraudfandinq sahəsində vergi güzəştləri mexanizminin tətbiqi təklif olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı