Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Kənd təsərrüfatına ayrılan kreditlər 2,1 milyard manata çatıb - BBN

AMB: Kənd təsərrüfatına ayrılan kreditlər 2,1 milyard manata çatıb

Azərbaycanda banklar tərəfindən kənd təsərrüfatı sektoruna ayrılan kreditlərin həcmi 2,1 milyard manat təşkil edib.

Bu barədə Toğrul Əliyev Bakıda keçirilən V Aqrobiznesin İnkişafı Forumu zamanı çıxışında bildirib.

Azərbaycan Mərkəzi Bankı sədr müavininin sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % artıb.

O qeyd edib ki, kənd təsərrüfatı sektoru tikinti və nəqliyyat sahələri ilə birlikdə bankların biznes kredit portfelinin əsas drayverlərindən biri kimi çıxış edir.

Toğrul Əliyev bildirib ki, bankların aqrar kredit portfelinin 82 %-i bankların öz vəsaitləri hesabına ayrılan kreditlərdən ibarətdir. Qalan 18 % isə dövlət fondları vasitəsilə maliyyələşdirilib.

AMB rəsmisi çıxışında Aqrar Kredit və İnkişaf Agentliyinin rolunu da xüsusi vurğulayıb. Onun sözlərinə görə, agentlik xətti ilə verilmiş kənd təsərrüfatı kreditlərinin həcmi artıq 66 milyon manatı ötüb.

Bundan əlavə, Azərbaycan Biznesin İnkişafı Fondu xətti ilə ayrılmış kreditlərin təxminən 40 %-nin aqrar sahəyə yönəldildiyi qeyd olunub.

Related posts

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı