Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda debitor borcların məbləği açıqlanıb - BBN

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

2025-ci ildə Azərbaycanda debitor borcların artım tempinin dövlət büdcəsi xərclərinin artım tempini üstələməsi müvafiq borcların dövlət büdcəsi xərclərində xüsusi çəkisinin artmasını şərtləndirib.

BBN.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il debitor borclar 1 milyard 19,1 milyon manat və yaxud 17 % artaraq 7 milyard 10,1 milyon manata çatıb ki, bu da dövlət büdcəsi xərclərində müşahidə edilən artımdan müvafiq olaraq 128,3 milyon manat və 14,6 faiz bəndi çoxdur. Hesabat ilində dövlət büdcəsi xərclərində müşahidə edilən kiçik artım (2,4 %) fonunda debitor borcların sürətlə böyüməsi müvafiq borcların dövlət büdcəsi xərclərində xüsusi çəkisinin 2,3 faiz bəndi artaraq 18, 2%-ə çatmasına səbəb olub. Debitor borclarda yaranan xalis artımın il ərzində yeni yaranmış və bağlanmış borclar arasında fərqə bərabər olması 2025-ci ilin dövlət büdcəsindən həmin qurumlara ayrılan vəsaitlərin minimum müvafiq xalis artım məbləğinə bərabər olan hissəsinin faktiki xərcə çevrilmədiyini deməyə əsas verir. Başqa sözlə, təhlillər 2025-ci ildə dövlət büdcəsi xərclərinin kassa və faktiki icrası arasında fərqin daha da genişləndiyini göstərir.

“2020-ci illə müqayisədə (7,8% ) debitor borcların büdcə xərclərində xüsusi çəkisi 2,3 dəfə artıb. Debitor borcların akkumulyativ xarakter daşıması ilə əlaqədar olaraq müvafiq borcların dövlət büdcəsinin xərclərinə nisbət göstəricisi şərti xarakter daşıyır. Belə ki, 2025-ci

ilin sonuna debitor borcların məbləği hesabat ili ərzində mövcud borcların bağlanması və yeni debitor borcların yaranmasının qarşılıqlı təsiri nəticəsində formalaşıb. Təhlillər və aparılan kənar dövlət maliyyə nəzarəti tədbirləri göstərir ki, xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar, büdcə təşkilatlarının büdcədənkənar xərcləri bu məbləğə daxil edilmir.

Eyni zamanda, Hesablama Palatasının həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bəzi hallarda təşkilatlar tərəfindən xərclər üzrə debitor borcların (qabaqcadan ödənişlərin) uçota alınmaması və yaxud səhv uçota alınması, təsdiqedici sənədlər olmadan debitor borcların bağlanılması halları müəyyən edilir ki, bu da qabaqcadan ödənişlərin real məbləğlərinin daha yuxarı rəqəmlə ifadə

olunduğu qənaətinə gəlməyə imkan verir”, – deyə Rəydə qeyd olunub.

Related posts

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Vüqar Gülməmmədov: “Büdcə sistemi haqqında” qanunun təkmilləşdirilməsinə ehtiyac var

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı