Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB maliyyə sektoru üçün rəqəmsal yetkinlik indeksi hazırlayır - BBN

AMB maliyyə sektoru üçün rəqəmsal yetkinlik indeksi hazırlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi məqsədilə rəqəmsal yetkinlik indeksinin hazırlanması üzərində işləyir.

Bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi hazırda maliyyə sektorunun əsas inkişaf istiqamətlərindən biridir. O bildirib ki, qlobal miqyasda rəqəmsallaşma artıq yenilik hesab edilmir və əsas diqqət süni intellekt texnologiyalarının tətbiqinə yönəlib.

F.Tofidi qeyd edib ki, AMB qarşıdakı strateji dövrdə maliyyə institutlarının rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi və süni intellekt həllərinin daha geniş tətbiqini hədəfləyir. Hazırda həyata keçirilən layihələr davam etdiriləcək, bir sıra yeni təşəbbüslərin isə daha geniş auditoriyanı əhatə etməsi planlaşdırılır.

Departament direktoru bildirib ki, rəqəmsal yetkinlik indeksi AMB-nin ən böyük layihələrindən biridir. Hazırda layihə üzrə təsdiq və hazırlıq işləri davam etdiyindən bütün detallar açıqlanmır. Bununla belə, ilkin nəticələr artıq formalaşıb və yaxın vaxtlarda media, eləcə də maliyyə sektoru ilə paylaşılacaq.

Onun sözlərinə görə, Mərkəzi Bank meqarequlyator kimi bank, ödəniş, fintex, sığorta və kapital bazarları sektorlarında rəqəmsallaşma və rəqəmsal yetkinlik səviyyəsini qiymətləndirib. Əldə olunan məlumatlar və formalaşdırılan indekslər 2027–2030-cu illəri əhatə edəcək yeni inkişaf strategiyasının hazırlanmasında əsas analitik baza kimi istifadə olunacaq.

Related posts

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı keçiriləcək

AzFina: Fintex şirkətləri bankların rəqibi deyil, innovasiya tərəfdaşlarıdır

AMB: Kriptovalyutalarla bağlı qanun ilin sonuna qədər qəbul oluna bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı