Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib - BBN

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən “Mərkəzi bankın etibarlılığı və siyasət effektivliyi üçün kommunikasiya” mövzusunda regional tədbirdə iştirak edib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi ilə Cənubi Asiya Regional Təlim və Texniki Yardım Mərkəzinin birgə təşkil etdiyi tədbirdə region ölkələrinin mərkəzi bank nümayəndələri, kommunikasiya üzrə ekspertlər və beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər.

Dörd gün davam edən tədbir çərçivəsində mərkəzi bank kommunikasiyasının müasir çağırışları, ictimai etimadın gücləndirilməsi və monetar siyasət üzrə məlumatlılığın artırılmasında kommunikasiya alətlərinin rolu müzakirə olunub.

Tədbirin “Mərkəzi bank kommunikasiyası: ölkə təcrübələri” adlı interaktiv sessiyasında AMB-nin departament direktoru Tural İsmayılov qurumun kommunikasiya sahəsindəki təcrübəsini iştirakçılarla bölüşüb. O, AMB-nin kommunikasiya strategiyası, monetar siyasət qərarlarının ictimaiyyətə çatdırılması və institusional şəffaflığın artırılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə təqdimat edib.

Related posts

PASHA Holding-də yeni təyinat olub

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı iki bankı cərimələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı