Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB ölkədə mənzillərin qiymətlərinin artmasının səbəblərini açıqlayıb - BBN

AMB ölkədə mənzillərin qiymətlərinin artmasının səbəblərini açıqlayıb

Azərbaycanda mənzil qiymətləri son beş ildə 46% artıb.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik  “Maliyyə Sabitliyi hesabatı” nda məlumat verilib.

Hesabata görə, 2020-ci ilin iyun ayı ilə müqayisədə həm ilkin, həm də təkrar mənzil bazarında qiymətlər 46% yüksəlib və artım tendensiyası bu ilin birinci yarısında da davam edib.

AMB bildirir ki, pandemiya dövründə (2020-ci ildə) daşınmaz əmlak bazarında qiymətlər nisbətən sabit qalsa da, sonrakı illərdə artım meylləri güclənib.

Sənədə əsasən, bu ilin ilk altı ayında tikinti sektoruna yönəldilən investisiyalar dəyişkənlik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlərin həcmi və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artıb. Bu artım həm bazar tələbinin yüksəlməsi, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrin genişlənməsi ilə izah olunur.

AMB-nin qiymətləndirməsinə görə, investisiya axınlarının bərpası, ölkədə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, eləcə də Prezident sərəncamı ilə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi yaxın dövrlərdə tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalmasına şərait yaradacaq.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

İsmayılov Rəşad Sahil oğlu ekologiya və təbii sərvətlər naziri təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı