Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB sədri: Bu il inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir - BBN

AMB sədri: Bu il inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir

2024-cü ildə inflyasiya proqnozu dəyişməz saxlanılıb. Ötən ilin oktyabrında olduğu kimi cari ilin yanvar proqnozlarına görə də, 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

T.Kazımov qeyd edib ki, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalıb.

“2023-cü ildə 12 aylıq inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz) diapazonunun aşağı hissəsində formalaşıb. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilib. İllik ərzaq inflyasiyası 0,8 faiz, qeyri-ərzaq inflyasiyası 2,7 faiz, xidmətlər inflyasiyası isə 3,7 faiz təşkil edib. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib”, – deyə Taleh Kazımov əlavə edib.

AZƏRTAC

Related posts

ABİF əməkdaşlar və avtomobillər üçün sığorta üzrə tenderlər elan edib

BSTDB Azərbaycana ayırdığı vəsaiti 701,6 milyon avroya çatdırıb

Nazirlər Kabineti fərdi istilik sistemlərinə icazə verilən halları müəyyənləşdirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı