Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB sədrinin Qazaxıstana işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirilmişdir – Foto - BBN

AMB sədrinin Qazaxıstana işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirilmişdir – Foto

“Noyabrın 14-dən etibarən Qazaxıstana təşkil olunan işgüzar səfərim başlayır. Bu səfər çərçivəsində “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə çıxışım və bir sıra mərkəzi bankların sədrləri ilə görüşlərim nəzərdə tutulur”.

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün X platformasında qeyd edib.

“İşgüzar səfərimin ilk günündə Qazaxıstan Milli Bankının sədri Timur Suleymenovla görüşdük. Görüş zamanı cənab sədr ilə rəhbərlik etdiyimiz qurumlar arasında cari əməkdaşlıq sahələri, qlobal mühitdə bankların üzləşdiyi cağırışlar, eləcə də əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik.

Növbəti görüşümüz Qırğızıstan Milli Bankının sədri Kubanıçbek Bokontayev ilə keçirildi. Görüş zamanı qurumlarımız arasında əməkdaşlığımız genişləndirilməsi imkanlarını nəzərdən keçirdik”, – deyə sədr əlavə edib.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Unibank Şirvanda yeni filialını açıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı