“Noyabrın 14-dən etibarən Qazaxıstana təşkil olunan işgüzar səfərim başlayır. Bu səfər çərçivəsində “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə çıxışım və bir sıra mərkəzi bankların sədrləri ilə görüşlərim nəzərdə tutulur”.
BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün X platformasında qeyd edib.
“İşgüzar səfərimin ilk günündə Qazaxıstan Milli Bankının sədri Timur Suleymenovla görüşdük. Görüş zamanı cənab sədr ilə rəhbərlik etdiyimiz qurumlar arasında cari əməkdaşlıq sahələri, qlobal mühitdə bankların üzləşdiyi cağırışlar, eləcə də əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik.
Növbəti görüşümüz Qırğızıstan Milli Bankının sədri Kubanıçbek Bokontayev ilə keçirildi. Görüş zamanı qurumlarımız arasında əməkdaşlığımız genişləndirilməsi imkanlarını nəzərdən keçirdik”, – deyə sədr əlavə edib.